• Ca. Noy 28th, 2024

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

ByYenigun.news

İyn 8, 2022

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir