Sankt-Peterburqda keçirilən MDB Gənclər Parlament Assambleyasının 18-ci iclası zamanı Ermənistandan olan deputat Lilit Minosyan Qarabağla bağlı təxribatçı çıxış edib.
Erməni deputatın bu fikirlərinə Milli Məclisin deputatı Emin Hacıyev tutarlı arqumentlərlə cavab verərək susdurub.
Bir çox beynəlxalq tədbirlərdə belə təxribatçı fikirlərlə çıxış edən növbəti erməni deputatın budəfəki cəhdi də uğursuz alındı. Emin Hacıyev Ermənistanın işğalçı dövlət olduğunu, beynəlxalq hüquqa məhəl qoymadığını, 30 il ərzində işğaldan azad olunan torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiklərini, Xocalı soyqırımının icraçıları olmalarını, 44 günlük Vətən müharibəsindən sonra imzalanan sənədə əsasən hələ də mina xəritələrini verməkdən boyun qaçırdıqlarını və digər bir çox mövzuları iştirakçıların diqqətinə çatdırıb.
Emin Hacıyev ermənilərin Qarabağda dağıdıb təhqir etdikləri tarixi-mədəni və dini abidələrə Azərbaycanın tikinti-quruculuqla cavab verdiyini diqqətə çatdırıb.