• Ca. Noy 28th, 2024

Milli Məclisdə daha bir dostluq qrupu yaradılır

ByYenigun.news

İyn 14, 2022

Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

Belə ki, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, həmin qrupun rəhbərliyinə deputat Hikmət Məmmədovun namizədliyi irəli sürülür.

Məsələ Milli Məclisin iyunun 17-də keçiriləcək növbədənkənar sessiyasının ilk iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Milli Məclisdə hazırda 82 ölkə ilə parlamentlərarası dostluq qrupu mövcuddur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir