• Ç. Noy 27th, 2024

Consonun Əliyevə ünvanladığı məktubun ştrixləri: Böyük Britaniyanın Cənubi Qafqaz üçün böyük planları – TƏHLİL

ByYenigun.news

İyn 16, 2022

Böyük Britaniyanın Baş naziri Boris Conson IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubun məğzində duran niyyətlərə keçməmişdən qabaq Britaniyanın Cənubi Qafqaza baxış bucağına nəzər yetirmək lazımdır.

Britaniya keçmişdəki dünya qüdrətindən qalan irsə sahibdir, həmin mirası davam etdirir və qlobal siyasətdəki gedişatları müəyyən edən əsas aktorlardan biridir.

Britaniya dünya ölkələrini özünün strateji maraqlarına inteqrasiya etmək üçün bazar əsaslı iqtisadiyyat, effektiv idarəetmə strukturlarına malik bir sistem yaratmaq axtarışındadır.

Cənubi Qafqazda yaranan yeni reallıq Britaniyaya özünün qlobal səhnədəki zonasında oyunçuları artırmaq fürsətləri təqdim edir və London qarşısında bu istiqamətdə bir neçə çağırış dayanır.

London üçün bu regionda əsas maneə Rusiyadır, Ukraynadakı müharibə Britaniyaya fürsət tanıyır ki, Kremlin maraqlarını Cənubi Qafqazdan itələyib çıxarsın.

Bununla belə, Britaniya Cənubi Qafqazdakı hərbi-siyasi proseslərin mühüm aspektlərini Rusiyanın əlindən ala bilmir.

Təkcə Rusiya amili Birləşmiş Krallığın regiondakı mövqelərini öz istədiyi səviyyədə qurmaq planlarının qarşısına əlavə maneələr çıxarır.

Ona görə də Britaniya iqtisadiyyat əsaslı qüdrət təşkil etməklə Rusiyanın bölgədə mühasirəsini daraltmağa çalışır. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki investisiya mühiti Britaniya üçün əla fürsətdir.

İndi Britaniya potensial qısamüddətli imperativlərlə yanaşı, uzunmüddətli yanaşmanı davam etdirmək əzmindən əl çəkməli deyil, çünki Rusiya üçün barmaq yerləri saxlamaq Britaniya üçün neqativ nəticələr hasil edər.

Britaniya iqtisadi təmsilçiliklə bərabər, strateji yanaşmasını regional müşavirliklər yaratmaq, səfirliklərinin işini gücləndirmək, mövcud olandan da cəlbedici mədəni-təhsil proqramları ilə təmin edə bilər.

Birləşmiş Krallığı regiona cəlb edən ikinci faktor enerji amilidir, Rusiya-Ukrayna müharibəsi isə Xəzər nefti və qazının böyük investoru olan Britaniyanı bu “monopoliya”nı əldən buraxmamaq öhdəlikləri ilə üz-üzə qoyur.

Bu mənada, Britaniyanın Cənubi Qafqazı Avro-Atlantika məkanına tamhəcmli inteqrasiya etməsi planlarının ştrixləri Boris Consonun İlham Əliyevə ünvanladığı məktubda aşkar sezilir.

Britaniya Azərbaycanı Avropa bazarlarında Rusiya qazına alternativ yarada biləcək enerji resurslarının cəmləndiyi mənbə kimi nəzərdən keçirir, buna görədir ki, Conson Əliyevə Rusiya ilə yanacaq ehtiyatları əlaqələrinin kəsilməsində Azərbaycanın rolundan bəhs edir.  

SİTAT:

“Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var”.

Qərb ölkələrindən Cənubi Qafqazda Rusiya ilə ən kəskin mübarizə və ya hibrid müharibə apara biləcək əsas qüvvə Britaniyadır. Britaniya işğaldan azad edilmiş ərazilərə – Qarabağa və Şərqi Zəngəzura – baxışını Rusiya-Ukrayna müharibəsi kontekstində aktuallaşdırır.

Amma Azərbaycan özünün bərkimiş balanslı xarici siyasət xəttini kəsib keçməyəcək və öz ərazilərini Qərb-Rusiya qarşıdurması poliqonuna çevirmək siyasətinə getməyəcək.

Buna görə də indi Britaniya ilə Rusiya region uğrundakı hibrid və iqtisadi müharibədə elementlərin sayını artıracaqlar.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir