• Ç. Noy 27th, 2024

Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

ByYenigun.news

İyn 17, 2022

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”.

“Report”un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir