• Ç. Noy 27th, 2024

Tedros Qebreyesus: “ÜST dövlət başçılarından ibarət şuranın yaradılmasını təklif edir”

ByYenigun.news

İyn 17, 2022

“Biz keçdiyimiz təşvişlərdən birdəfəlik çıxmalıyıq. Dünyanın sağlam olunması sahəsində 300-dən çox təklif verilib”.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, burada beynəlxalq alətlərin də işləməsi lazımdır:

“Beynəlxalq tənzimləyici mexanizmlər belə xəstəliklərin qabaqlanması sahəsində beynəlxalq sənədlərə tənzimlənməlidir”.

ÜST rəhbəri qeyd edib ki, səhiyyə sahəsində ortaq yanaşmalar olsa, bütün məsələlər nəzarətdə saxlanıla bilər:

“ÜST beynəlxalq sazişlərin hazırlanması istiqamətində 10 təklif verib. Pandemiya zamanı müəyyən təlatümlər yaşanıb. ÜST dövlət başçılarından ibarət şuranın yaradılmasını təklif edir. Bu, çox vacib təklifdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir