“Qarabağın çox sürətlə bərpa edilməsi sevindiricidir”.
Bunu “Report”a 180-dək ölkədə olmuş yamaykalı səyyah Roman Uelds (Romaine Welds) bildirib.
“Qarabağda olduğuma görə çox şadam. Burada çox şeylər gördük. Dağıntılar məni dəhşətə gətirdi. Bu ərazilərin sürətlə bərpa edilməsi sevindiricidir. Bu məndə yüksək təəssürat oyatdı. Ən çox məni Şuşanın gözəlliyi valeh etdi”, – o deyib.
Xatırladaq ki, iyunun 16-da bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində olacaq.
Dünən səyyahlar Azıx mağarası, Şuşa və Ağdamda olublar. Bu gün nümayəndə heyəti Kəlbəcərə və Laçına gedəcək.