• Ç. Noy 27th, 2024

Ərzaq böhranı ölkələrə iki formada təsir edəcək – Milli Məclisdə məsələ qaldırıldı

ByYenigun.news

İyn 17, 2022

“Dünyada ərzaq böhranı ilə bağlı problem daha da kəskinləşəcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.

Onun sözlərinə görə, ərzaq böhranı bütün ölkələrə iki formada təsir edəcək. Bu, qıtlıq və qiymətlərin artmasıdır.

“Azərbaycan bu çağırışlar qarşısında, ilk növbədə bir ölkədən idxal asılılığını azaltmalıdır. İdxal istiqamətlərini şaxələndirmək vacibdir. Xaricdən aldığımız məhsulların böyük hissəsini Azərbaycanın özünün istehsal etmək potensialı var”, – deyə Əli Məsimli əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir