“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.
Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.
“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, – Tahir Kərimli əlavə edib.
Aqşin Kərimov