• Ça. Noy 26th, 2024

Ulu öndərin siyasi kursu müstəqilliyimizin
qorunub saxlanılması üçün əsas şərtdir

ByVuqar Ferzeliyev

İyn 20, 2022


Ulu öndərimiz Heydər Əlitev 1993-cü il iyunun 24-də respublikamızın Ali Sovetinə Ali rəhbərlik etmək kimi ağır bir yükü öz üzərinə götürmüş, çox qısa bir dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasının həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin Həmin dövr Azərbaycan parlamentinin tarixinə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Xalq öz seçimini etdi və bu seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
O dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Azərbaycan qanlı faciələrə düçar olmuşdu, ölkə ərazisinin xeyli hissəsi işğal edilmişdi, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçirdi. Xəyanətkar qüvvələr ölkəni uçuruma aparırdılar və Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.
Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan dərin və universal biliyə, qətiyyəə, işgüzarlığa, qeyri-adi yaddaşa, tükənməz səbrə malik olan Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və müdrik dövlət xadimi idi. Məhz bu müdrik insan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Onun ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyasını yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır. Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, ölümsüz insane, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar.

Vüsal Kazımov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir