Avropa Parlamenti Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.
Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola özünün “Twitter” hesabında bəyan edib.
“Avropa Parlamentinin birmənalı və güclü mövqeyi. Bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməlidir, Gürcüstan üçün də eyni yol açılır. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində liderlik, qətiyyət və uzaqgörənlik nümayiş etdirəcək”, – deyə o bildirib.
Metsola Aİ-nin etibarlı tərəfdaş və geosiyasi oyunçu olaraq qaldığını vurğulayıb.
Unequivocal & strong position by @Europarl_EN:
Today #EUCO should grant candidate status to ?? & ?? and same path for ??.This will show leadership, resolve & vision in context of Russia’s war against #Ukraine.
?? remains a reliable partner & credible geopolitical actor.
— Roberta Metsola (@EP_President) June 23, 2022
Xatırladaq ki, bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayıb.