• Be. Noy 25th, 2024

Rusiyalı ekspert: “Türkiyə NATO-da maraqlı olmasa, onunla asanlıqla vidalaşacaq”

ByYenigun.news

İyn 24, 2022

“Türkiyə daxili və xarici siyasətini uğurla həyata keçirir”.

Bu barədə beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Anastasiya Uxorskaya İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsində Ankaranın prinsipial mövqeyini Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin və türk xalqının mənafeyini hər zaman ön planda tutur.

“Ankara sabah özünü necə aparacaq – Qərbdə heç kim bunu deyə bilməz. Ərdoğan Türkiyə cəmiyyətini möhkəmləndirən həlqədir, onun üçün Türkiyənin maraqları hər şeydən üstündür. Türkiyəyə maraqlı nəsə təklif olunarsa, müəyyən güzəştlərə gedəcək, olmasa da, etməyəcək. Burada hər şey sadə və praqmatikdir”, – deyə ekspert bildirib.

O, Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabını da yada salaraq, müəllifin siyasi güc mərkəzlərindən biri kimi Türkiyənin adını çəkdiyini xatırladıb.

“Beləliklə, Ankara əsas oyunçudur. Amma bir daha vurğulayıram, hər şey Türkiyənin bu və ya digər layihədə maraqlı olub-olmamasından asılıdır. Ankara NATO-da maraqlıdırsa, əməkdaşlığı davam etdirəcək. Yox deyilsə – bu Alyansla asanlıqla vidalaşacaq”, – deyə A.Uxorskaya bildirib.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir