Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı meşə sahəsində iyunun 21-də başlayan yanğın üç gün sonra nəzarətə götürülüb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı naziri Vahit Kirişçi sevindirici xəbəri açıqlayıblar.
Kirişçi bildirib ki, bu yanğınla bağlı ən böyük təsəlliləri insan itkisinin olmamasıdır.
Soylu vurğulayıb ki, vaxtında müdaxilə edilməsəydi, çox riskli ərazi idi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Mənbə: Haber Global