• Be. Sen 8th, 2025

Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, su istehsalı zavodunun təməlini qoyub

ByYenigun.news

İyn 26, 2022

Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.

Azərbaycan Respublikasının Prezidenti Kəlbəcər rayonuna səfər edib.

Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.