• Bz. Noy 24th, 2024

Çavuşoğlu: “Ermənistanla münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik”

ByYenigun.news

İyn 27, 2022

“Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərinin inkişafı bölgəyə mühüm töhfə verəcək”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.

“Eyni şəkildə energetika sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Ermənistanla münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər”, – XİN başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir