“Bu gün Bakıda üç qardaş ölkə olaraq xarici işlər və nəqliyyat üzrə nazirlərin birinci toplantısının keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu üç ölkə arasında qardaşlıq münasibətləri mövcuddur”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.
Nazir bildirib ki, bu gün regional məsələlərə nəzər salındı və xüsusi olaraq nəqliyyat və bağlantıları sahəsində fikir mübadilələri aparıldı.
“Müzakirələr kontekstində Bakı-Tbilisi Qaz kəmərinin potensial genişlənməsi də müzakirə edildi. Avropa İttifaqı ilə müxtəlif layihələrin irəli aparılması, eyni zamanda, Trans-Xəzər fiber-optik layihəsi irəli sürüldü. Şərqi-Zəngəzur və Qarabağ ərazisində həyata keçirilən nəqliyyat məsələləri də xüsusi müzakirə mövzusu oldu. Məhz bu kontekstdə bu layihənin reallaşmasına tam dəstək verildi. Bu gün imzalanmış Bakı Bəyannaməsi ciddi iş birliyinin irəli aparılmasına böyük töhfə verəcək”, – dəyə xarici işlər naziri C.Bayramov vurğulayıb.