Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün “Twitter” hesabından xəbər verib.
O, məktəbəqədər, ibtidai və orta məktəblərin “bir millət, iki dövlət” anlayışını qoruyub inkişaf etdirəcəyinə, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində yeni körpü olacağına inandığını bildirib.
“Xeyirli və uğurlu olsun!” – deyə diplomat sözlərini yekunlaşdırıb.
Azerbaycan Beynelhaq Maarif Mektepleri’nin açılışını yaptık. Anaokulu, ilkokul ve ortaokulumuzun #Tekmilletikidevlet anlayışımızı koruyup geliştireceğine ve Türkiye-Azerbaycan ilişkilerinde yeni bir köprü olacağınıza olan inancımız tamdır.
Hayırlı ve uğurlu olsun.????? pic.twitter.com/r0c65DREBX— Cahit Bağcı (@cahitbagci) October 3, 2022