Kubra Məhərrəmova yazır…
Yüksək mənəvi dəyərləri bir tərəfə qoysaq, xeyir-şər mübarizəsini bir tərəfə qoysaq, xəyanət ən böyük şərəfsizlikdir.
Oğurluğa yenə bir don geyindirmək olur, xəyanətə don geyindirmək olmur.
Kimsə deyər ki, övladım ac idi, anam xəstə idi, qonşunun evindən pul-mal oğurladım. Xəyanət isə birmənalı olaraq şərəfsizliyin dibidir.
Xəyanətin böyüyü, kiçiyi olmur. Buynuzu da olmur. İmam Mehdinin 313 döyüşçüsünü əlində bayraq edib, sonunda elə öz evinə, öz arvadına, uşağına xəyanət etmək isə ayrı biabırçılıqdır.
Bu yaxınlarda DTX İranın Azərbaycan Respublikasında yaratdığı silahlı birləşməni ifşa etdi. Detallar barədə mediada geniş məlumat var. Amma burada başqa məsələ var.
Deməli qonşusu, qohumu Vətən müharibəsində şəhid olduqca bu həbs olunan “azərbaycanlılar” Azərbaycana, Azərbaycan xalqına qənim olan İrana işləyiblər. Dəfn mərasimində də üz-gözlərini cırıb, “Ya Hüseyn” deyərək məslisi qarışdırıblar.
Qara çadra altında “siğələrini” şəhid dəfnlərinə göndərib İrandan gələn şüarları səsləndiriblər.
Təəssüflər olsun ki, ölkənin imanlı qismi bu oyunlara saf olduqları üçün alət oldu.
Bir qismi pul qarşılığında İrandan gələn əmrləri həyata keçirtdiyi halda, digər qismi isə kor-koranə İrana qul oldu. Süleymaninin, Rəisinin, Xameneinin adını çəkən kimi qardaş-bacısına hücum etdi.
Aydın məsələdir ki, DTX bütün İran agentlərini ifşa da edəcək, cəmiyyətə hesabat da verəcək. O qədər gizli məsələlər var ki, bir-bir üzə çıxacaq.
Sadəcə anlamaq lazımdır ki, başını bağlayan hər qadın “mömünə” deyil, hər saqqal saxlayan da “məşədi”. Onların içində xeyli sayda İranı özünə Ağa bilib, onun iti olanlar var.
Kaş bizim saf xalqımız birdəfəlik anlayardı ki, İranın islam dininə heç bir aidiyyəti yoxdur. İran indiyə kimi heç bir müsəlmanın haqqını qorumayıb. Heç bir müsəlmana yardım etməyib. Onun sevgisi, onun aşnası, onun siğəsi Ermənistandır. 30 il ərzində, altdan-altdan, çadra altından kömək edib Ermənistana.
44 günlük müharibə ərzində kəşfiyyat məlumatlarını Ermənistana ötürərək bizə qarşı döyüşdü, Ermənistan ordusunun müqavimət göstərməsi üçün yanacaq, bizi öldürməsi üçün silah-sursat, başqa tələb olunan vasitələri əlbəəl Ermənistana verdi. Bir anlıq düşünün ki, neçə-neçə oğullarımız ölümündə birbaşa İranın əli var. Neçə-neçə şəhidimizin ömrünün yarıda qalmasında Tehranın izi var.
İran 44 günlük müharibə zamanı bir dəfə də olsun döyüşlərin dayanması üçün və ya Azərbaycanın haqq savaşına dəstək olmasını əks etdirən bir addım belə atmadı. Azərbaycan zəfər əldə edəndən sonra da dedi ki, “Ermənistanın sərhədləri İranın qırmızı xəttidir”. Hələ bu azmış kimi İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşdə demişdi ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün “prioritet təşkil edir”. Bu həyasızlığın, şərəfsizliyin, dəyyusluğun hansı səviyyəsidir görən? Ay şərəfsizlər, Qarabağın daşını-divarını söküb İrana aparan siz deyildiniz? İndi bu nə oyunbazlıqdır?
Müharibədən sonra İran düşmən mövqeyini Azərbaycan sərhədləri yaxınlığında 3 hərbi təlim keçirməklə bir daha ortaya qoydu. Amma bizdəki “ağanın itiyəm” deyənlər bunun fərqinə varmadılar.
İranın sonuncu təlimi əvvəlkilərdən fərqli olaraq bütün sərhədi əhatə etdi. Araz çayı üzərində panton-körpülər atmaqla rəsmi Bakını hədələdi, əzələ nümayişi etdirdi.
Gəl ki, hər dəfə İran təlim keçirəndə özünün 3-5 hərbçisini o dünyaya vasil edir. Hər dəfə də təlimlərə yekəxana adlar olur. “Xeybər fatehləri”, “Qüdrətli İran” və s.
İran qüdrətli olmasını xəyal edərək Vətən müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi rol oynamaq istəyir. Amma anlamır ki, Cənubi Qafqaz artıq oyunçularını təyin edib. İndi və yaxın gələcəkdə bu oyunçularla İran hesablaşmalıdır. İran hələ də müstəqil Azərbaycanı özünün bir parçası hesab edir. Azərbaycan heç vaxt İranın bir parçası ola bilməz. Nə ideoloji, nə mənəvi, nə də dövlətçilik baxımından. Türk heç bir zaman farsın əlaltısı ola bilməz. “Fərmandeh” deyib üstümüzə gələn anlamalıdır ki, cənublu, şimallı Azərbaycan “Fərmandeh”i də, Xameneini də, hop edib udar.
Bu gün Azərbaycan dünyəvi siyasət yeritməklə, həm də əsl müsəlman qardaşlığını ifadə edir. Bir neçə gün əvvəl ölkə başçısı Əlcəzairə səfər edərkən bütün dünyaya Əlcəzairdəki müsəlman qətliamı barədə çağırış etdi. Fransa dövlətinin günahsız müsəlmanlara qarşı törətdiyi soyqırımından danışdı.
İran bir dəfə də olsun, dünyaya belə bir mesaj verdimi? Burnunun dibində baş verən Xocalı faciəsi barədə bir söz dedimi? Onda İrana niyə İslam dövləti deyirik ki?
İrana tiryək, oğru, şərəfsiz, xəyanətkar, erməninin aşnası dövləti demək daha düzgün olmazmı?
İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa yollanması, maşınların nömrəsini dəyişməklə rəsmi Bakıya yalan satması yadımızdadır. Ali Baş Komandan demişkən, bizim peyklərimiz var, kimin nə vaxt, haradan keçməsini çox yaxşı bilirik. Bu boyda gərginlikdən sonra İran Azərbaycan dövlətinin varlığına daha böyük təhdidlər yaradır.
30 il ərzində İran Azərbaycanla Naxçıvan, Ankaranın Mərkəzi ilə Asiya arasında dəhliz rolunu oynayıb. Amma Azərbaycan əsgərinin çəkməsi İkinci Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından nəfəsini kəsdi. Hələ daxildəki çəkişmələr bir kənara, İran bu gün iqtisadi baxımdan tam blokadaya düşüb. Həftələrdir səngiməyən xalq narazılığı artıq yeni səviyyəyə qalxıb. Cənublu gənclər Azərbaycan Prezidentinin fotolarını küçələrdə yapışdıraraq, “Cənab Prezident, biz sizin mesajınızı aldıq” deyə Azərbaycanla həmrəy olduqlarını bəyan edirlər.
İran əmmaməsini qabağına qoyub düşünsə xeyli qabağa düşər. Çünki 30 il ərzində bütün dünyanın qulaqardına vurduğu Qarabağ məsələsini həll edən xalq, ordu, rəhbər birliyi çox şeyə qadirdir. Elə içimizdə oturan “ağanın itləri” də bilsinlər ki, dövlətçiliyə xələl gətirən və ya xələl gətirmək istəyən hər bir kəs DTX-nin maskalı oğlanları tərəfindən “paketlənib”, məhv ediləcək! Təbriz Azərbaycandır!