• Be. Noy 25th, 2024

Prezidentin əldə etdiyi iqtisadi dividendlər siyasi reallığa, siyasi reallıq isə Zəfərə çevrildi – VİDEO

ByYenigun.news

Noy 7, 2022

Mürəkkəb coğrafi şəraitdə yerləşən Azərbaycan hər zaman böyük güclərin maraqlarının kəsişdiyi ərazi olub. Bu səbəbdəndir ki, sadəcə sözdə qonşu olan Ermənistandan maraqlarının reallaşması üçün maşa kimi istifadə ediblər. Elə həmin güclərin dəstəyi ilə torpaqlarımızdan özlərinə dövlət quran bu millət illərdir ərazilərimizdə düyünə çevrilən Qarabağ problemi yaratdı. Ta ki 2020-ci ilə qədər.

Prezident İlham Əliyevin illərdir həyata keçirdiyi siyasi xətt bu məsələnin həllinə yönəldi. Əldə olunan iqtisadi dividendlər siyasi reallığa, siyasi reallıq isə zəfərə çevrildi. Ermənilərin 2020-ci ildə torpaqlarımızdakı separatçılıq fəaliyyəti səbrimizi daşıran son damla oldu və bunun nəticəsi idi ki, torpaqlarımızı düşmən tapdağından azad etdik.

44 gün ərzində ölkə başçımız gecə-gündüz demədən şanlı Azərbaycan Ordusuna komandanlıq etdi, həm danışıqlar masasında prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına öncül oldu. Azərbaycanın multikultural dəyərləri dövlət siyasətinin ayrılmaz parçası etməsi ölkəmizdə yaşayan bütün etnik azlıqları Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdirdi.

Vətən müharibəsi zamanı həm siyasi, həm də hərbi uğurumuz dünyanın diqqətini bu əraziyə yönəltdi. Şuşanın azad olunması zamanı göstərilən qəhrəmanlıq dünyanın hərb tarixinə yazıldı. Azərbaycanın prinsipial mövqeyi və atılan diplomatik addımlar onu deməyə əsas verir ki, indi zaman sürətlə Ermənistanın əleyhinə işləyir. Hazırda gedən proseslər göstərir ki, Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində üçtərəfli bəyanatda da əskini tapan, lakin hələ də tətbiq olunmayan müddəaların icrası sürətlənəcək.

Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Nə Ermənistan, nə də başqa bir ölkə dövlətimiz, sərhədlərimizlə bağlı qərarlara təsir göstərə biləcək. İndi isə biz regionda yaratdığımız reallıqlara, əldə olunan razılaşmalara sonuna qədər əməl edəcəyik, etdirəcəyik. Hazırda əsas məsələ – regionda beşinci təkər olan Ermənistanı sülhə gətirərək Cənubi Qafqazda gedən proseslərə inteqrasiya edə bilməkdir. Əlbəttə ki, bununla razılaşıb-razılaşmamaq Ermənistanın hazırkı hakimiyyətinin seçimindən asılıdır. Ya konstruktiv mövqe sərgiləyib, öz xalqını düşdüyü böhrandan çıxaracaq, ya da öz sonunu özü gətirəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir