• Bz. Dek 21st, 2025

Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim” – FOTO

Byadmin

Noy 8, 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi üçtərəfli görüş ilə bağlı paylaşım edib.

XİN başçısı “Twitter”də qeyd edib:

“ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”.