• Ça. Noy 26th, 2024

Ankarada Türkiyə və Azərbaycanın milli bayramları qeyd edilib – FOTO

ByYenigun.news

Noy 8, 2022

Ankarada fəaliyyət göstərən Türk Dünyası Kültür Mərkəzində 29 Oktyabr – Türkiyənin Cümhuriyyəti Günü və 8 Noyabr – Zəfər Günü münasibətilə bayram mərasimi keçirilib. 

“Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. 

Tədbirdə çıxış edən “Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin sədri Arzuman Azaflı, “Səda” musiqi kursunun rəhbəri Aytən Rəhimova və başqaları Türkiyə Cümhuriyyətinin yaranmasına və Azərbaycanı Zəfərə gətirib çıxaran tarixi proseslərə nəzər salıblar. Böyük öndər Mustafa Kamal Atatürk başda olmaqla milli mübarizə qəhrəmanlarının xatirəsinin əbədi yaşayacağı bildirilib.

Azərbaycan və Türkiyənin bir birinə mənəvi dəstək verərək zəfərə doğru addım-addım irəlilədiyini vurğulayan natiqlər xalqımızın öz böyüklüyünü, vətənpərvərliyini və birliyini, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyətini və iradəsini, rəşadətli Ordumuzun qəhrəmanlığını bütün dünyaya sübut etdiyini bir daha vurğulayıblar. 
 
Tədbirin bədii hissəsində Qarabağa həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, “Xəzər” rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir