• Ça. Noy 26th, 2024

Rusiya XİN: “Moskva sülhə nail olmaq üçün Bakı və İrəvana yardımçı olmaqda davam edəcək”

ByYenigun.news

Noy 9, 2022

Rusiya Cənubi Qafqazda sülhün əldə edilməsi, sabitliyin və rifahın təmin edilməsi üçün Azərbaycan və Ermənistana lazımi yardımı göstərməyə davam edəcək.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, “sülh müqaviləsinin hazırlanması məsələsində Azərbaycan və Ermənistan tərəfdaşları ilə sıx koordinasiya aparılır”.

“Ölkəmizin fəal iştirakı ilə ictimaiyyət nümayəndələri, ekspert dairələri, parlamentarilər arasında dialoqun inkişafı baxımından bu iki ölkənin xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”, – diplomat əlavə edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir