• Ça. Noy 26th, 2024

Get erməniylə öpüş, sevgi yaşa, uşaq doğ…

ByYenigun.news

Noy 10, 2022

Kubra Məhərrəmova yazır…

İki abgərdən, bir vedrə dəmir-dümürün sərhəddə yığıb, Ermənilərə dəstək göstərmək məqsədi ilə təlim keçirən İran, Arazın üstünə atdığı panton-körpülərin üstündən hoppanandan sonra gördü ki, yenə iki-üç hərbçisini o dünyaya vasil edib, külliyyatını eşşək arabasına yığıb Azərbaycan sərhədindən geri çəkildi. 

Halbuki, onun təlim apardığı ərazilər tarixi Azərbaycan ərazisidir. Söz yox, bu adama daha çox təsir edir. Doğma yurd-yuvana baxırsan, bilirsən ki, o taylı, bu taylı Azərbaycanın var. Böyük bir xalqın var və bir gün bu böyük xalq bütün sərhədləri dağıdıb birləşəcək. Gec, ya da tez! 

Amma qayıdaq həmin ərəfəyə. İranın Azərbaycanın sərhədindən tez-tələsik çəkilməsinin səbəbləri təbii ki, çox idi.

O ərəfədə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərimizə yaxın ərazidə təlim keçirməsi, Türkiyənin Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşımı – “Geldik… Yoktunuz…”, Türkiyənin Azərbaycanla birgə hərbi təlim keçirməsi İranın quyruğunun qapı arasında qalmasına səbəb oldu.

“Şirin quyruğu” qapının arasında qalsa da, ağlı yerinə gəlmir ki, gəlmir. Bu “quyruq” o qədər qapının arasında qalacaq ki, axırda yerindən qopacaq. Bu da bizdən böyük qardaş məsləhəti, quyruğu bu qədər qapı arasına salmazlar. Qopandan sonra quyruq yerinə yapışmır. Amma yenə də özləri bilər, bizdən demək. 

Kor tutduğun buraxmadığı kimi, İran da tutduğunu buraxmır. Anlamır ki, İranın öyrəşdiyi, başının altına rahat balış qoya biləcəyi, 90-cı illərin Azərbaycanı indi yoxdur. 

İran anlamır ki, düz iki il əvvəl Azərbaycan yenidən doğuldu. Qalib, məğrur, heç kimdən qorxmayan yeni bir dövlət kimi! 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilərin qarşısında çıxışı zamanı dedi ki, “Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki, biz heç kimdən qorxmuruq!” 

Qısa və dəqiq! Bir haşiyə də çıxım ki, İlham Əliyev heç vaxt, heç bir sözü elə-belə demir. Dünya siyasətçiləri arasında tək-tük liderlərdəndir ki, söz dedisə, prinsipial olaraq onu sona çatdıracaq. Bu günə kimi hələ bir bəyanatı olmayıb ki, onu sona çatdırmasın.

Madam ki, Zəfər günündə Ali Baş Komandan deyirsə, biz İrandan qorxmuruq. Görün indi İranı nə gözləyir?

İran bütün mərsiyədeyənlərini, üzcıranlarını, cin-şeytanlarını, əmmamələrini başına yığsa da, xeyri olmayacaq. İran ölüb, sadəcə xəbəri yoxdur.

İran regionda müflis, zəif, heç kimə lazım olmayan, qapı ağzındakı ayaqaltıdır. Gələn-gedən ayağını ona silib keçir. 

Bu qədər alçaldığı halda da, ən xəbis yollara əl atır. Təəccübləndikmi? Əsla. Bu deyilmi İranın, onun siyasətinin, siyasətçilərinin, xameneilərinin, onun “dərin dövlətinin” əsl siması?

Elədir ki, var. Erməniylə dodaq-dodağa öpüşən, Qarabağ müharibəsi zamanı Ermənistana hərbi dəstək olan, azərbaycanlı balalarının qanına əli batmış İran. Qarabağın daşını-torpağını İrana daşıyıb aparan müsəlman İran. Müsəlman ha? 

Müsəlman dünyasının üz qarası İran. Azərbaycanın məscidlərini donuzxanaya çevirən, Ermənistanı özünə “siğə” edən İran. İslam dini və islam dünyasına heç bir aidiyyəti olmayan İran. Qadını baş örtüsünə görə öldürən, edam edən, məhv edən İran.

Artıq iki aydır ki, İran xalqı onun azadlığını zəbt edən, İranın siyasi rəhbərliyi ilə mübarizə aparır. Cənubi Azərbaycan da, bu davada öz hürriyyətini, müstəqilliyini, azadlığını, cümhuriyyətini tələb edir. Azad olmaq onun ən təbii haqqıdır!

Cənubi Azərbaycan İrandan qopmaq astanasında olarkən İran təbliğat maşını bizə söz atır. İranın “Səhər” kanalında yayımlanan verilişdə, İranın başıbağlı, beynixarab aparıcıları Azərbaycan türkcəsində izləyicilərə müraciət edib deyirlər ki, “İranın əbədi və əzəli torpaqları olan, İranın şimalından Bakıdan, Gəncədən, ta cənubunadək, yəni Zahidan, Əhvaza, bu günlər Naxçıvanda yaşayan bacı-qardaşlarımızı canı könüldən salamlayıram”.  

İranın rəsmi dairələrinin deməyə cürəti çatmadığını KİV vasitəsiylə bizə çatdıran “şir quyruğu sevənlərə” demək istərdim ki, əvvəla İran Azərbaycanın cənub hissədir. İkincisi də İranda müvəqqəti olaraq 30-35 milyon Azərbaycan türkü yaşayır. Təbriz, Ərdəbil, Urmiya gölü ətrafı, Zəncan əyalətləri və s. bir gün öz doğma Şimali Azərbaycanına qovuşacaq.  Cənubdakı qardaşlarımız, bacılarımız hər gün Azərbaycanın prezidenti, müzəffər Ali Baş Komandana olan sevgisini, sayğısını, pərəstişini bildirirlər.

Üçüncüsü də ey İran, sənin Naxçıvanda yaşayan bacı-qardaşlara bu xüsusi günlərdə salam verməyə cürətin çatmaz. Heç nə yox, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bir dənə hərbi salam verər ki, Tehrandakı çilçıraqlar təpənə düşər, tifağın dağılar! Yazıqsan! Get erməniylə öpüş, sevgi yaşa, uşaq doğ. Əlində qalan üç-beş qəpiyə ona alt paltarı al, özünün qara gününə çörək qurut. Qocalıb əldən düşübsən, höt-hötündən əl çəkmirsən.  

Bu gün Cənubi Azərbaycan, Təbriz Bakıya, öz evinə qayıtmaq istəyir, bunun üçündə tam tarixi zəmin hazırdır. Bunun qarşısını kim ala bilər ki? Cənubi Azərbaycan millətinin, müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı sevgisinin qarşısında “şirin quyruğunu sevənlər” nə edə bilər ki?!  Göydən yağan qarın, yağışın qarşısını kim tuta bilər ki? Heç kim! 

İran uzağı Süleymaninin ölümünün ildönümü üçün çəkdiyi cizgi filmindən çəkə bilər. Ya da tiryək çəkə bilər. Açığı həmin o cizgi filmi elə birbaşa tiryəkin təsiri altında çəkildiyinə and içə bilərəm. Vaxtınız olsa internetdən tapıb baxın.

Açığı bir ölünün il dönümü üçün o qədər gülməli məzmun ola bilməzdi, amma İran həmişə olduğu kimi bu dəfə də özünü gülünc vəziyyətə salmağı bacardı. 

Belə də ki, Təbriz Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir