• Ç. Noy 27th, 2024

İmişlidə insanlara pul paylanılır? – AÇIQLAMA

ByYenigun.news

Noy 10, 2022

İmişlidə Zəfər Günü ilə əlaqədar müharibə veteranları, eləcə də digər sosial qruplara aid şəxslərə 100 manat pul verilir.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə müharibə veteranlarından biri məlumat verib.

O bildirib ki, yerli poçt şöbəsinə yaxınlaşaraq həmin məbləği almaq mümkündür.

Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib:

“Azərbaycan Respublikası Prezidentinin 03.06.2019-cu il tarixli, 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna qədər daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər, rayonların sərəncamında və istifadəsində saxlanılması” Qaydasına əsasən, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsait ayrılıb.

Vətəndaşlara maddi yardımın verilməsi prosesi İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional Poçt Filialı arasında bağlanılmış müqaviləyə əsasən poçt filialı tərəfindən həyata keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir