“Ərazi bütövlüyü məsələsi Qazaxıstan üçün prioritetdir və Astana bütün dövlətlərlə münasibətdə bu prinsiplərə riayət olunmasına ciddi diqqət yetirəcək”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib.
“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi riayət olunmasını zəruri hesab edir”, – deyə o bildirib.
Dövlət başçısı bunu Qazaxıstanın təməl maraqlarına tam uyğun gələn zəruri prinsip adlandırıb və Astananın bu prinsipə üstünlük verəcəyini bəyan edib.
Xatırladaq ki, sammit Səmərqənddəki Konqres Mərkəzində keçirilib.
Mənbə: Tengrinews