Bu gün Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib.
Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
“Heyvanların xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini və daha sonra ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur”, – deyə Leyla Əliyevanın paylaşımında qeyd edilib.