Türkiyənin Çorum şəhəri Ermənistan işğalından xilas edilən Azərbaycan şəhəri Füzuli ilə qardaş şəhər elan edilib.
Bu barədə “Haber Global”ın təqdim etdiyi reportajda qeyd edilir.
Sənədi Füzulidə Çorum bələdiyə başçısı Halil İbrahim Aşgın və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov imzalayıblar.