• Ç. Dek 25th, 2024

Borrel Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

ByYenigun.news

Dek 1, 2022

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Borrel özü məlumat verib.

Aİ-nin ali nümayəndəsinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü Polşada keçiriləcək ATƏT XİN Şurası iclası çərçivəsində baş tutacaq.

“Düşünürəm ki, bu, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsətdir. Biz Azərbaycan və Ermənistanı bu fürsəti görməyə çağırırıq”, – Aİ-nin ali nümayəndəsi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir