• Ça. Dek 24th, 2024

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub – FOTO

ByYenigun.news

Dek 1, 2022

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini – Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir