• Ç. Dek 25th, 2024

Milli Məclisdə Paris “partladıldı”: “Fransa, həddini aşma”

ByYenigun.news

Dek 2, 2022

“Fransa Milli Assambleyası yenə Senatın qətnaməsini kopiyalayıb”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.

O, məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin mövqeyini riyakarlıq adlandırıb.

“Fransa xarici işlər naziri qeyd edib ki, Senat və Assambleya Fransa hakimiyyətinin ayrı qoludur və Parisin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər riyakarlıq olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsidir. Bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”

Millət vəkili bildirib ki, Fransa tarix boyu müstəmləkəçilik siyasəti aparıb. “Fransa Vyetnamdan tutmuş, Afrikaya qədər müstəmləkçilik siyasəti həyata keçirib. Bu gün də Afrikanın 14 ölkəsi Fransaya vergi verir. Fransa deyir ki, sizə müstəqillik vermişik, dilimizdən, təhsil sistemimizdən istifadə edirsiniz. Buna görə də həmin ölkələrdən vergi alırlar”, – deyə o əlavə edib.

Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 30-da Azərbaycana qarşı qətnamə qəbul edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir