• Ca. Dek 26th, 2024

Siyavuş Novruzov Naxçıvandakı hadisələr barədə: “Ermənilərin öyrətdiyi adamlar danışır”

ByYenigun.news

Dek 2, 2022

“Naxçıvan Azərbaycanın həssas bölgəsidir. Həssas bölgə ilə bağlı ermənilərin öyrətdiyi adamlar fikir söyləyirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Digər rayonlarda da hüquq-mühafizə orqanları əməliyyat aparır, tutulanlar var. Böyütməyə ehtiyac yoxdur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xahiş edirəm ki, bu mövzuya həssaslıqla yanaşılsın. Burada hər hansı siyasi oyunbazlığın qurulmasına heç bir ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları Naxçıvanı da yoxlayırlar. Burada da neçə nazirlikdə yoxlamalar aparılır. Hüquq-mühafizə orqanları harada korrupsiya var, oranı yoxlayır”, – deyə o əlavə edib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda əməliyyat keçirdiyi bildirilir. Əməliyyatlar zamanı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev həbs olunub. Prezident İlham Əliyevin noyabrın 28-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bunun əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir