• Ca. Dek 26th, 2024

XİN başçısı Dendiasa Ermənistanın normallaşma prosesinə çətinliklər törətdiyini bildirib – FOTO

ByYenigun.news

Dek 2, 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşüb. 

Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov həmkarına post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir