Bir həftə bundan əvvəl İranlı hakerlərdən ibarət “Black Reward”, yəni “Qara mükafat” qrupu ölkənin ən aparıcı media qurumlarından biri sayılan və bilavasitə “Sepah”a bağlı olan “Fars” informasiya agentliyinin saytını sındırmağa nail olub.
Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.
Qrupun ələ keçirdiyi çoxsaylı sənədlər arasında agentliyin “Sepah”ın baş komandanı general Hüseyn Salami üçün hazırladığı məxfi bülleten də var. Noyabrın 30-da qrup özünün “Telegram” kanalında həmin bülleteni dərc edib.
Yerli və xarici kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olan 123 səhifəlik bülletendə İran hakimiyyətinin bir sıra daxili xəbərləri, onun ali rəhbərinin sərəncamları və cəmiyyətin ayrı-ayrı məsələlər ilə bağlı rəyini əks etdirən statistik məlumatlar yer alıb.
Sənədin xüsusi diqqət çəkməsinə səbəb olan başlıca məsələ isə orada İranda sentyabr ayından bəri davam edən xalq etirazları barədə şok sayıla biləcək faktların öz əksini tapmasıdır.
Daha ətraflı süjetdə: