• Bz. Dek 21st, 2025

Əli Əsədov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü

Byadmin

Dek 5, 2022

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 5-də Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı tərəfdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.