• Ca. Okt 31st, 2024

Ermənistanın XİN rəhbəri: “İlin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşü keçirilə bilər”

ByYenigun.news

Dek 7, 2022

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.

“Konkret razılaşmalar yoxdur, amma düşünürəm ki, belə bir görüş ilin sonuna qədər baş tutacaq”, – deyə A. Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır.

Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır”.

Mənbə: Sputnik Ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir