• Ca. Okt 31st, 2024

“Qəhrəman oğullarımız və şəhidlərimizin ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunacaq” – RƏY + FOTO

ByYenigun.news

Dek 8, 2022

“Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixli Sərəncamında dəyişiklik etməklə 2023-cü ilədək bütün müharibə əlillərinə və şəhid ailələrinə qeydiyyata almaq imkanı yaradılır. Ölkə liderinin rəhbərliyi altında dövlətimiz qəhrəman oğullarımızı və şəhid olmuş qəhrəmanlarımızın ailələrini həm evlərlə təmin edəcək, həm də onlar daim dövlət qayğısı ilə əhatə olunacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri hərtərəfli dövlətin qayğısı ilə əhatə olunub:

“Ölkə başçısının tapşırığına əsasən, bu günə qədər 13 mindən çox mənzil və ya fərdi ev tikilib həmin kateqoriyadan olan şəxslərə verilib. O cümlədən müharibə əlillərinə 7 500-dən çox avtomobil verilib, müharibədə sağlamlığını itirmiş şəxslərin reabilitasiyası aparılır və yüksək texnoloji protezlərlə təmin edilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yüzlərlə müharibə əlili müalicə olunması üçün Türkiyəyə göndərilib, şəhid ailələrinin məişət problemlərinin həll olunmasına yardım göstərilib”.

“Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixli Sərəncamında dəyişiklik etməklə 2023-cü ilədək bütün müharibə əlillərinə və şəhid ailələrinə qeydiyyata almaq imkanı yaradılır. Həmçinin 2025-ci ilin sonuna qədər mənzilə ehtiyacı olan bu kateqoriyadan olan şəxslər mənzil və ya fərdi evlərlə təmin olunacaq. Biz 30 il erməni işğalı altında qalmış və bəzi xarici dairələrin dəstəyi ilə torpaqlarımızda erməni işğalını əbədiləşdirmək istəyənlərin arzusunu ürəklərində saxlayaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 44 gündə torpaqlarımızı azad edə bildik. Bu gün həmin ərazilər yenidən qurulub bərpa edilir və artıq Böyük Qayıdışa başlanıb. Bu yüksək zirvəyə imza ataraq ölkəmizi qalib edən mərd oğulların qəhrəmanlığı dövlət tərəfindən heç vaxt unudulmayacaq. Şəhidlərimiz göstərdikləri qəhrəmanlıqları ilə öz adlarını dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazmış və əbədi olaraq yaddaşlarımızda qalacaqdır”, – A.Badamov vurğulayıb.

Xatırladaq ki, Prezidentin dünən imzaladığı Sərəncamla şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü daha 3 il uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir