• Ç. Okt 30th, 2024

Region gəncləri ümummilli liderimizi anıblar – FOTO

ByYenigun.news

Dek 12, 2022

Böyük tarixi şəxsiyyət, Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlət gənclər siyasətinin əsasını qoymuş ulu öndər Heydər Əliyevin 19-cu ildönümüdür.

Əsas fəaliyyət istiqamətlərindən biri ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə anım günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. 

Regionlarda ilk öncə gənclər Heydər Əliyevin rayon mərkəzlərindəki abidəsi ziyarət edilərək güllər düzüb, qalib ölkənin gəncləri olaraq öz dərin sevgi və ehtiramlarını ifadə ediblər.
Gənclərin iştirakı ilə regionlarda yerləşən Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub, ulu öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən muzeylərlə tanışlıq və kitabların sərgisi baş tutub.

Nümayəndəliklərdə “Azərbaycançılıq ideologiyası” mövzusunda tarixçilərin iştirakı ilə elmi-praktiki konfranslar və görüşlər keçirilərək, ulu öndərin həyat yolu, fəaliyyəti, onun banisi olduğu gənclər siyasəti haqqında gənclərə məlumat verilib. 

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Yadigarlar – Ulu Öndər Heydər Əliyevin anım günü”, “Xilaskar ömrü”, “Ulu Öndər”, “Dahi şəxsiyyət”, “Xalqın adamı” adlı filmlər nümayiş etdirilib. 

Keçirilən tədbirlərdə qeyd edilib ki, bütün sahələrdə ulu öndərin əsasını qoyduğu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçən illər ərzində Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda yeni reallıq formalaşdıraraq, ərazi bütövlüyünü bərpa edən, işğaldan azad olunan ərazilərinin sürətli abadlıq-quruculuq fəaliyyətinə başlayan qalib xalqdır. Gənclər də bu inkişafın bir hissəsi olduqları ilə fəxr edir, fəaliyyətlərini bu sahədə davam etdirməyə hər zaman hazır olduqlarını nümayiş etdirirlər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir