• Ç. Okt 30th, 2024

Nazir müavini: “Sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıblar”

ByYenigun.news

Dek 12, 2022

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Şuşaya yollanmışdı. Məqsəd orada olan yataqların qanunsuz istismarı ilə bağlı ekoloji monitorinqlər aparmaq idi”. 

Oxu.Az xəbər verir ki, bunu Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıblar:

“Azərbaycanın bir çox ekofəalları orada piket keçirərək Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Tələbimiz Azərbaycana aid təbii yataqların qanunsuz istismarının dayandırılması və ekologiyaya dəymiş ziyanın hesablanmasıdır. Bu qiymətləndirmələrin aparılması üçün zəruri monitorinqlər keçirilməlidir. Müxtəlif bəhanələrlə orada monitorinq aparmağımıza mane olsalar da, buna nail ola bilməyəcəklər. Biz israrla bu mövzuda etirazlarımızı bildirəcəyik”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir