• Ç. Okt 30th, 2024

Ceyhun Bayramov: “Azərbaycan erməniəsilli vətəndaşlarımızı cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”

ByYenigun.news

Dek 12, 2022

“Azərbaycan post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməniəsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.

O bildirib ki, bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir:

“Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir