Baku TV-nin müxbiri İsmayıl Yaşaroğlu və hərbi ekspert Telman Qasımov bu gün Qarabağda ekoterrora qarşı dinc etiraz aksiyası zamanı Rusiya sülhməramlı kontingentinin (RSK) nümayəndələri arasında onların hərbi formasını geyinmiş bir erməni ilə rastlaşıblar.
Məsələni kanalın hərbi eksperti Fərdin İsazadə şərh edib.
“Fikrimcə, Azərbaycanın Qarabağ bölgəsi ermənilərini Rusiya Federasiyasının sülhməramlı qüvvələri sıralarında xidmətə cəlb etməklə şimal qonşumuz birdən-birə iki problemi həll edir. Birincisi, gizli şəkildə separatçıları hərbi təlimlərə cəlb edir, bununla da terrorçuları Azərbaycana qarşı hazırlaşdırır….
Digər tərəfdən, əgər bunlar, deyək ki, Rusiya Federasiyasının erməni əsilli vətəndaşlarıdırsa, bu, həm də böyük təhlükə yaradır”, – deyə o bildirib.
Bu barədə daha ətraflı Baku TV-nin süjetində: