• Ç. Yan 15th, 2025

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTO

ByYenigun.news

Dek 13, 2022

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir