Avropa İttifaqı Rusiyanın 168 şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis məlumat verib.
O qeyd edib ki, Aİ-nin sayca doqquzuncu sanksiyalar paketi o cümlədən Rusiyanın hərbi-sənaye, dağ-mədən və energetika sektorunu əhatə edir.
“Növbəti “qara siyahı” artıq razılaşdırılıb və rəsmi məlumat dərc edildikdən dərhal sonra qüvvəyə minəcək”, – deyə V.Dombrovskis fikrini tamamlayıb.
Mənbə: TASS