“Bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla, biz “yaşıl enerji” təchizatı baxımından sıx əməkdaşlıq etmək üçün ölkələrimizin hazır olduğunu təsdiqləyirik”.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.