• Ç. Okt 30th, 2024

Alman alimdən “Spiegel” jurnalının Azərbaycan əleyhinə iddialarına CAVAB

ByYenigun.news

Dek 17, 2022

Alman alim “Spiegel” jurnalını Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə illərlə və sistematik şəkildə neytrallığı pozmaqda ittiham edib.

Almaniyalı alim Dr. Mixael Raynhard Hess “Spiegel” jurnalinda 15 dekabr 2022-ci il tarixində dərc edilmiş “Cənubi Qafqazda gərginlik. Azərbaycan Dağlıq Qarabağı izolə edir” məqaləsi ilə jurnalın redaksiyasına oxucu etiraz məktubu göndərib və bunu öz “Facebook” səhifəsində yayıb. Məqalədə “Azərbaycan hökumətinin Qarabağdakı ermənilərin yeganə təchizat yolunu blokadaya almaqda” təqsirli bilinir və Azərbaycanlı vətəndaş cəmiyyəti fəalları “qəribə ətraf mühit fəalları” kimi dırnaq işarəsində verilməklə təhqir edilir”. Məqalə çox qərəzli olmaqla reallıqları inkar etdiyindən və müəllifin fantaziyalarının əksi olduğundan, Azərbaycan, eləcə də regionun tarixi və ədəbiyyatı üzrə mütəxəsis Dr. Hess məqalənin müəllifini və ümumilikdə “Spiegel” jurnalının redaksiyasını faktlar təhrif etməklə neytrallığı təhlükə altında qoymaqda ittiham edib.

Dr. Hess yazıb ki, “Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bütünlükdə Azərbaycanın dövlət ərazisinə qarşı ərazi iddiaları ətrafında cərəyan edir. Söhbət kimin müəyyən ərazilərə haqlı iddialarının olmasından, kimin isə təcavüzkar və işğalçı kimi çıxış etməsindən gedir. Birləşmiş Millətlər Təşkilatı, o cümlədən, 1993-cü il tarixli məlum Təhlükəsizlik Şurasının Qətnamələrində və digər beynəlxalq təşkilatlar Qarabağın Azərbaycana məxsus olduğunu dəfələrlə və birmənalı şəkildə bəyan ediblər.

Dr. Hess yazır ki, “məqalənin müəllifi Ann-Dorit Boy “Dağlıq Qarabağ”dan danışarkən heç bir əsas olmadan “ərazisi kiçildilmiş dövlət” və “eksklav”dan danışır. Ən azı ilk iki termin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edir. Bu isə özlüyündə müəllifin “heç vaxt mövcud olmayan dövlət qurumunun mövcudluğu haqqında fantaziyası”nın məhsuludur. Ann-Dorit Boyun başqa yerlərdə “de-fakto hökumət” kimi vurğuladığı separatçı qurumu hətta Ermənistan tanımamışdır. Heç bir başqa dövlət də bunu etməyib və bu da öz növbəsində “eksklav” termininin istifadə edilməməsi üçün zəruri şərtdir”.

Məqaləni açıq-aşkar anti-Azərbaycan və ermənipərəst formada yazan müəllif Xankəndi kimi rəsmi Azərbaycan yer adlarından istifadə etmir, Azərbaycan ərazisində “eksklav” uydurur, eyni cümlədə açıq-aşkar bir-birinə zidd formada, (lakin ən azı bu dəfə həqiqəti əks etdirən) “beynəlxalq səviyyədə tanınmamış struktur”dan danışır.

Dr. Hessin fikrincə, məqalədə aşkar etdiyi terminoloji və arqumentativ çatışmazlıqlar və çaşqınlıq yaradan qeyri-müəyyənliklər münaqişənin ümumən beynəlxalq aləmdə birtərəfli və qeyri-adekvat qavranılmasının səbəblərindən biridir. 

Dr. Mixail Hessin 2016-cı ildə Aprel döyüşlərindən sonra “Tanklar cənnətdə. Ermənistan vә Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişәsi” adlı kitabı Berlində alman dilində, 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin araşdırılması” kitabı ingilis dilində nəşr edilib. Bu ilin fevralında isə bu kitabın 44 günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni, üçüncü nəşri işıq üzü görüb”. 2022-ci ilin martında Münhendə alman dilində nəşr edilmiş “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı işğalçıların “bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı” elmi əsaslandırılmış dəlillər ortaya qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir