• Be. Avq 24th, 2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır!

ByVuqar Ferzeliyev

Avq 24, 2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, zəngin mədəni irsə, dil və mənəvi dəyərlərə, həmçinin xalqlarımız arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq bağlarına əsaslanır. Bu möhkəm tarixi və mənəvi təməl iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsi üçün mühüm zəmin yaradıb. Xalqlarımızı birləşdirən ortaq dəyərlər dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə, qarşılıqlı etimad və hörmətin güclənməsinə mühüm töhfə verir. Son illərdə Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və yeni məzmun qazanıb. Dövlət başçıları arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad iki qardaş ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Keçirilən qarşılıqlı səfərlər, aparılan görüşlər və imzalanan sənədlər siyasi dialoqun daha da gücləndirilməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə şərait yaradır. Azərbaycan və Özbəkistan arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələri davamlı şəkildə genişlənir. Birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin inkişaf etdirilməsi iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan verir. Bununla yanaşı, mədəni-humanitar əlaqələrin genişləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına və qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Azərbaycan və Özbəkistanın Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. İki ölkənin beynəlxalq və regional platformalarda qarşılıqlı dəstəyi, ortaq maraqların müdafiəsi və əməkdaşlığın təşviqi Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Qarşılıqlı rəğbət, etimad və həmrəylik üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yeni layihələr və təşəbbüslərlə zənginləşəcək. İki qardaş ölkə arasında mövcud olan möhkəm dostluq və müttəfiqlik əlaqələri xalqlarımızın rifahına, regional əməkdaşlığın inkişafına və Türk dünyasının daha da güclənməsinə xidmət edəcək!

Cahangirli Raya

Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir