• Ca. Okt 31st, 2024

Parlamentdə Fransa Korsika ilə “vuruldu”: BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsın

ByYenigun.news

Dek 20, 2022

“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özününküləşdirsin və demokratiya adı altında digərlərinə dərs keçsin”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov Fransanın Azərbaycana qarşı verdiyi bəyanatlara münasibət bildirərkən deyib. 

Millət vəkili qeyd edib ki, Fransa insanlıq əleyhinə bütün cinayətlərdə hədləri aşıb. 

“Bu gün Fransa öz siyasətinin davamı olaraq Korsikada güc tətbiq edir, aksiya iştirakçılarına işgəncələr verilir. 

Biz Fransaya çağırış edirik ki, Korsikada insan hüquqlarına hörmətlə yanaşsın. Təklif edirik ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da qaldırılsın”, – deyə o əlavə edib.

Bildirək ki, rəsmi Paris Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində İrəvanın mövqeyindən çıxış edən bəyanatlar verir. 

Xatırladaq ki, Korsika adasında Fransa hökuməti əleyhinə mitinqlər keçirilir. Fransanın erməniləri dəstəklədiyi təqdirdə, müstəqillik üçün nümayişlər edən korsikalıları həbs etməsi Fransada etirazlar yaradıb. 

Fransa Korsikanın müstəqilliyini tanımaqdan imtina edir. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir