• Ca. Okt 31st, 2024

Azərbaycan XİN-dən Ermənistana cavab – FOTO

ByYenigun.news

Dek 20, 2022

“Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı yalan narrativləri davam etdirir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün “Twitter” səhifəsində belə yazıb.

O bildirib ki, Ermənistan XİN Laçın yolunun blokadası və Qarabağda yaşayan ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.

“Ancaq sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə aydın görünür ki, avtomobillər Laçın yolundan sərbəst keçir”, – deyə o qeyd edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, QHT nümayəndələri, ictmai-siyasi fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirirlər.

Ermənistan XİN isə bəyan edib ki, ekoaktivistlər Laçın yolunu bağlayıb və 120 min erməni humanitar böhranla üz-üzə qalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir