• Ca. Okt 31st, 2024

“Bu aksiyanı antierməni hərəkat kimi qələmə verənlər məsuliyyətə cəlb olunmalıdır” – RƏY + FOTO

ByYenigun.news

Dek 20, 2022

“Bu aksiyanı antierməni hərəkat kimi qələmə vermək özü təxribatdır və məsələ bu cür təqdim etməyə çalışan hər kəs, o cümlədən Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə milli nifrət və düşmənçilik cəhdlərinə görə məsuliyyətə cəlb olunmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Şuşadan keçən Xankəndi-Laçın yolunda aksiyaların məqsədi vətəndaşların Konstitusiyanın 39-cu maddəsinə müvafiq olaraq ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar insanların sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququnun realizəsi ilə bağlıdır:

“Vətəndaşlarımız Ana Qanunumuzun 14-cü maddəsi ilə Azərbaycan Respublikasına məxsus olan təbii sərvətlərin talanmasına, Qarabağ iqtisadi rayonundakı ekoloji terrora etiraz edirlər. Bizim hədəfimizdə ermənilər olsaydı ilk növbədə bu gün Bakıda 30 min erməni yaşaya bilməzdi. Yaxud qeyri-ekoloji məqsədlər hədəfləsəydik, bu gün o yolda vətəndaş cəmiyyəti fəalları və media mənsubları dayanmağı əvəzinə, Xankəndi küçələrində, Xocalıda, Ağdərədə Azərbaycan əsgəri addımlayardı. Əlbəttə, addımlayacağına şübhə də etmirik, bu, bizim haqqımızdır və 44 günlük savaşda, habelə Fərruxda, Qisas əməliyyatında olduğu kimi bu gün də kimsə bizə maneə ola bilməz”.

Hazırkı aksiyanın ekosidə qarşı dinc etiraz səsimiz olduğunu vurğulayan deputat əlavə edib ki, Vardanyan, bəzi Qərb və Rusiya siyasi texnoloqları məsələni başqa prizmadan, təqdim etməyə, 20 min civarında ermənini 120 minlik kütlə kimi təqdim edərək humanitar fəlakət ab-havası yaratmağa cəhd göstərdilər:

“Amma bütün dünya gördü ki, Qızıl Xaçın, habelə, Xankəndindən gələn ambulansın keçidində heç bir problem yaranmadı”.

“Belə olan halda Vardanyan Xankəndində və ətraf ərazilərdə yaşayan erməniləri bilərəkdən məhrumiyyətlərə məruz qoyaraq onlardan Azərbaycanı günahlandırmaq üçün qurbanlıq kimi istifadə etməyə başlayıb. Bu mənada mümkündür ki, Vardanyan və separatçı rejim Sumqayıt hadisələrinin analoqunu Xankəndində də törətsin. Ona görə də dünya ictimaiyyəti bu məsələdə həssas davranmalı, proseslərə Ermənistanın, Franasanın, yaxud separatçıların yox, haqqın, hüququn, reallığın gözü ilə baxmalı, separatçı rejimin hansı təhlükə əxz etdiyinin fərqinə varmalıdır. Eyni zamanda Qarabağdakı erməni əsilli vətəndaşlarımız da təhlükənin fərqinə vararaq uydurma ideologiya və yararsız miflərdən, radikal təfəkkürdən imtina edib, separatçı rejimin girovluğundan xilas olmaq üçün etiraz səsini ucaltmalıdır”, – B.Məhərrəmov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir