• Ç. Dek 25th, 2024

Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq

ByVuqar Ferzeliyev

Dek 24, 2022

   Dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda səfərdə olub.
Azərbaycan Prezidenti İlham Əliyev Vuçiçlə təkbətək görüşdən sonra bildirib ki, belə görüşlər tez-tez olacaq: “Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir”.

        Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Prezidentin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

           Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılmasında və alınmasında Serbiya tərəfi çox maraqlıdır. Bununla əlaqədar aidiyyəti qurumlara tapşırıq verilib ki, bu məsələni işləsinlər. Serbiya Azərbaycandan kənd təsərrüfatında istifadə olunan gübrələrin də alınmasına maraq göstərir, bu sahədə də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Qara dənizin dibi ilə elektrik enerjisi xəttinin çəkilməsi ilə əlaqədar fikirlər var, bu, nəticə etibarilə Serbiyaya da çatdırıla bilər. İndiki halda Azərbaycan Türkiyə vasitəsilə Balkan regionuna elektrik enerjisi ixrac edir, bu məsələ ilə əlaqədar perspektivlər genişdir. Görüşdə hərbi-texniki əməkdaşlıq barədə də geniş fikir mübadiləsi aparılıb, bu sahədə hökumətlərarası komissiyanın potensialından istifadə edilməsi nəzərdən keçirilib.

Rafiq Hüseynov,

Cəlilabad rayon Eçara kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir