• Ç. Dek 25th, 2024

Tarix təhrif olunmamalıdır

ByVuqar Ferzeliyev

Dek 27, 2022

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Buna baxmayaraq, tarixin müxtəlif çağlarında xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyıq ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir.

Ulu Öndər Heydər Əliyevin nitqlərində də Qərbi Azərbaycan mövzusu çox mühüm yer tutmuşdur. O, bu məsələni həm daxili auditoriyada, həm də xarici ölkələrin nümayəndələri ilə görüşlərdə dəfələrlə vurğulamışdır.Ümummilli Lider deyirdi ki,  indiki Ermənistan ərazisində olan torpaqların böyük bir qismi,  Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə indiki Ermənistanda yaşayanların tam əksəriyyəti, azərbaycanlılar olublar, amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildən sonra Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər.

Əslində bu, qoyulmuş mina idi, gec-tez partlamalı idi. Belə də oldu. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Orada bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

İşğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Bütün bunlar heç vaxt unudulmayacaq. Və vaxt gələcək, Qərbi azərbaycanlılar da öz dədə-baba yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşündə qəti şəkildə bildirib ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.

Həsənxan Qasımov,

Cəliabad rayon Su-kanal sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir